Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişinə bu tarixdə baxacaq

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişinə bu tarixdə baxacaq
DÜNYA
05:17 06.08.2026
175
 DÜNYA
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP çərçivə sazişinin konstitusiyaya uyğunluğunun yoxlanılması üçün işi qəbul edib.

AZXEBER.COM xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, dinləmə 15 sentyabr tarixinə təyin edilib. Hakim Edqar Şatiryan məruzəçi təyin edilib.

Sənədi Ermənistan və ABŞ xarici işlər nazirləri imzalayıblar: ABŞ dövlət katibi Marko Rubio sənədi1 iyunda Vaşinqtonda, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə 4 iyunda İrəvanda imzalayıb.

Məhkəmə sazişdə təsbit olunmuş öhdəliklərin ölkə konstitusiyasına uyğun olub-olmadığını müəyyən edəcək.
OXŞAR XƏBƏRLƏR