Ermənistan Macarıstanla əlaqələrini dayandırdı

Ermənistan Macarıstanla əlaqələrini dayandırdı
Bütün Xəbərlər
07:33 06.09.2012
1179
Ermənistan parlamentinin Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və əfvi ilə bağlı növbədənkənar iclası keçirilib. İclas zamanı deputatlar Macarıstanla rəsmi əlaqələrin dayandırılmasına səs verib.
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, müvafiq qərarın lehinə 96 nəfər, əleyhinə isə 1 nəfər səs verib.
Xatırladaq ki, ötən həftə Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısını çağırımışdı. Sarkisyan toplantıya BMT üzvü olan ölkələrin Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini dəvət etmişdi.
OXŞAR XƏBƏRLƏR