“Ermənistan minalanmış ərazilərin xəritələrini verə bilər” - Rəsmi Bakının gözləntiləri nələrdir?

“Ermənistan minalanmış ərazilərin xəritələrini verə bilər”  - Rəsmi Bakının gözləntiləri nələrdir?
SİYASƏT
14:37 05.05.2021
1343

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti dəfə nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib.

Bunu Ermənistan parlamentinin üzvü Nazeli Baqdasaryan da özünün feysbuk səhifəsində yazıb.

Azad olunan şəxslər - Rovert Vardanyan, Samvel Şuxyan, Seyran Tamrazyan Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan uçuş edəcək hərbi təyyarə ilə İrəvana çatdırılıblar.

AZXEBER.COM-a danışan politoloq İlyas Hüseynovun sözlərinə görə, Ermənistan bunun qarşılığında minalanmış ərazilərin xəritələrini verə bilər: "Ötən gün Azərbaycanın humanist addımı nəticəsində terrorçu və diversant kimi qiymətləndirilən üç erməninin Ermənistan tərəfə verilməsi prosesi baş verdi.Bu, rəsmi Bakının humanist addımı kimi qiymətləndirilir. Bunun qarşılığında Ermənistan tərəfindən də adekvat addımların atılması gözlənilir. Nəticədə Ermənistan minalanmış ərazilərin xəritə və sxemlərini təqdim edə bilər”.

İlyas Hüseynov qeyd edib ki, bu addımın Sergey Lavrovun Ermənistana səfəri öncəsi baş verməsi də xüsusi diqqət çəkən məqamlardan biridir: "Bu gün Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ermənistana səfər edəcək. Bu səfərin region üçün böyük önəmi var. Ermənistan ictimaiyyətinin diqqəti hazırda bu səfərə yönəlib. Səfər çərçivəsində bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin açılması və Ermənistanda seçkiqabağı prosseslərlə bağlı vəziyyət Rusiya tərəfindən dərindən öyrəniləcək. Eyni zamanda Ermənistanda revanşist ritorikaya sadiqlik nümayiş etdirən bəzi radikal qüvvələr var ki, bu qüvvələr bölgədəki sülhə, sabitliyə maneçilik yaradırlar. Bu da Rusiyanın diqqətində olan məsələlərdən biridir. Vasitəçilik missiyasını üzərinə götürən Rusiya bölgədəki sabitliyin qorunması üçün daha çox səy göstərməlidir”.

Politoloqun fikrincə, Lavrovun səfərinin əsas məqsədlərindən biri də, Co Baydenin 24 aprel çıxışından sonra qərbpərəst qüvvələrin Ermənistanda xeyli aktivləşməsi fonunda Rusiyanın keçirdiyi narahatlıqdır: "Erməniləri ruhlandıran bu çıxışdan sonra Qərbin və Amerikanın nüfuzu Ermənistanda getdikcə artır. Lavrovun Ermənistana səfəri zamanı bu məsələnin də diqqətdə saxlanılacağını düşünürəm”.

AZXEBER.COM-a danışan politoloq Anar Əliyev bu addımın iki cəmiyyət arasında sülh və qarşılıqlı etimad formalaşdırmaq üçün önəmli olduğunu bildirib: "10 Noyabr Bəyənatı imzalandıqdan və iki dövlət arasında atəşkəs əldə olunduqdan sonra biz ərazilərimizdə diversiya hərəkətlərini və terror cəhdlərini müşahidə etdik. Bu adamları ilk olaraq əsir kimi qiymətləndirməyə çalışdılar, amma Azərbaycan öz sərt mövqeyini açıq şəkildə bildirdi. Aprel ayının 8-də sülhməramlı qüvvələrin rəhbəri Bakıya gəlmişdi və hesab olunurdu ki, həmin terrorçu qruplardan müəyyən bir hissəsi Ermənistana təhvil veriləcək. Sülhməramlı qüvvələrin rəhbəri Bakıda olsa belə, Azərbaycan həmin şəxslərin təhvil verilməsindən imtina etdi. Bunun ən əsas səbəbi Ermənistanın üzərinə götürdüyü müəyyən öhtəliklərdən yayınması və bu öhdəliklərin icrasını istəməməsi idi”.

Anar Əliyev onu da qeyd edib ki, Ermənistan üç nəfərin qaytarılmasından sonra üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməlidir: "Azərbaycanın ən böyük tələbi 10 Noyabr Bəyənatında da qeyd olunan Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi praktiki fəaliyyətin həyata keçirilməsidir. Hansı ki, Ermənistanda bu proseslə bağlı müəyyən qədər suallar mövcuddur. Bu istiqamətdə addımlar, demək olar ki, çox zəif atılır. Azərbaycanın mühüm şərtlərindən biri də minalanmış ərazilərin xəritələrinin verilməsi ola bilərdi ki, Ermənistan tərəfi bu öhtəliyi üzərinə götürmüşdü. Amma hələ də bundan boyun qaçırdığı üçün Azərbaycan da diversantların qaytarılmasından imtina etmişdi. İndiki halda üç diversantın geri qaytarılması Azərbaycan tərəfinin növbəti jestidir. İnam mühiti yaratmaq üçün atılan bir addımdır. Hesab edirəm ki, Ermənistan bunun qarşılığında çox böyük öhtəlikərin yerinə yetirilməsini üzərinə götürüb”.

Anar Əliyevin sözlərinə görə, atılan addımlar Ermənistandakı prosesləri idarə etmək üçün çox uğurlu və düşünülmüş adımlardır: "Bu üç terroristin geri qaytarılmasında daha bir məqam Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində nüfuzu günü-gündən kifayət qədər aşağı düşən Paşinyan və onun komandasına müəyyən dəstək jesti də ola bilər. Çünki region maraqları və Ermənistanın dövlət və cəmiyyət maraqları, eyni zamanda Azərbaycanın maraqları baxımından ən uyğun qüvvə məhz elə Paşinyandır. Hesab edirəm ki, Azərbaycan regionda bütün prosesləri formalaşdıran və idarə edən bir qüvvədir. Bu istiqamətdə atılan addımlar həm də Ermənistandakı prosesləri idarə etmək üçün çox uğurlu və düşünülmüş bir addım kimi qiymətləndirmək olar”.

Qeyd edək ki, Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir. Bu ərazilərdə basdırılmış minalar mülki və hərbi şəxslərin ölümü və yaralanmasına səbəb olur.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
18:03 10.10.2026
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Fatimə: “İlk sevgim, duam odur”
17:54 10.10.2026
Fatimə: “İlk sevgim, duam odur”
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi