Ermənistan Müdafiə Nazirliyi ölən əsgərlərinin Dağlıq Qarabağda qalmasını əmr etdi

Ermənistan Müdafiə Nazirliyi ölən əsgərlərinin Dağlıq Qarabağda qalmasını əmr etdi
Bütün Xəbərlər
14:27 02.08.2014
3278
Cəbhə xəttində təxribat cəhdləri həyata keçirən Ermənistan Ordusunun xüsusi təyinatlı dəstələri cəbhənin Tərtər-Ağdam istiqamətində ciddi itkilər verib.

Azərbaycan Ordusunun postlarından birinə basqın edən ermənilər əsgərlərimizin atəşi altına düşüblər. Nəticədə ermənilərin diversiya qrupunun hərbçiləri arasında xeyli sayda yaralanan və ölən olub. Düşmən bölmələri yaralıları və meyitlərini götürərək geri çəkilməyə nail olublar.

Ağdərə istiqamətində Azərbaycan hərbçilərinin keçirdiyi preventiv tədbir nəticəsində isə ermənilərin xüsusi təyinatlı qrupu məhv edilib. Ötən gecə baş vermiş həmin döyüşdə Azərbaycan tərəfi də itki verib.

Məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyindən iyulun 30-da Dağlıq Qarabağdakı ordu birləşmələrinə göndərilmiş raidoteleqramda ölən və yaralanan əsgərlərin Dağlıq Qarabağdakı hərbi hospitallarda saxlanılması, maksimum şəkildə itkilərin açıqlanmaması və itkilər barədə məlumatların verilməsində «ehtiyatlı olmaq», həlak olanlar barədə məlumatların fasilələrlə açıqlanması göstərişi verilib. Daha bir xüsusi göstəriş isə ölən və yaralanan hərbçilərin Dağlıq Qarabağda saxlanılması, hələlik Ermənistana göndərilməməsi barədədir.

Ermənistan Müdafiə Nazirliyinin bu qərarının son günlər cəbhə xəttindəki kəskinləşən vəziyyət fonunda ölkədə əhalinin təşvişə düşməsinin qarşısını almaq məqsədilə verildiyi bildirilir. Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı real itkilərin sayının açıqlanmasının ölkədə sosial-siyasi vəziyyəti gərginləşdirəcəyindən ehtiyat edir.

Xatırladaq ki, Ermənistan tərəfi bundan əvvəl də Qarabağda verdiyi itkiləri maksimum gizlətməyə çalışıb. Lakin sonradan müxtəlif mənbələr tərəfindən açıqlanan rəqəmlər ermənilərin rəsmi orqanları tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi son 3 gündə cəbhədə 3 nəfərin öldüyünü açıqlayıb.//APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev