Ermənistan parlamenti başsız qaldı

Ermənistan parlamenti başsız qaldı
Bütün Xəbərlər
23:16 01.11.2011
1340
Ermənistan parlamentinin spikeri Ovik Abramyan istefa verib. ANS PRESS-in "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə o, jurnalistlərə Respublikaçılar Partiyasının İcra Komitəsinin iclasından sonra bildirib.Abramyan qeyd edib ki, partiya gələcək parlament seçkilərində seçki qərargahının rəhbəri vəzifəsinə onun namizədliyi irəli sürüb: “Mən parlamentin spikeri vəzifəsini tərk etmək və işimi seçki qərargahının formalaşmasına yönəltməyi təklif etdim".
OXŞAR XƏBƏRLƏR