Ermənistan parlamenti Roma Statutunu ratifikasiya etdi

Ermənistan parlamenti Roma Statutunu ratifikasiya etdi
SİYASƏT
13:18 03.10.2023
165
Ermənistan parlamentinin oktyabrın 3-də keçirilən iclasında Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu müzakirəyə çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, "Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin parlamentin gündəliyinə salınması Ermənistan Konstitusiyasına zidddir.

Ermənistanda Roma statutu təsdiqlənəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Rusiya XİN isə bəyan edərək bildirmişdi ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Digər məlumata görə, Ermənistan parlamenti Roma Statutunu qeyd-şərtsiz ratifikasiya edib.



OXŞAR XƏBƏRLƏR