AZXEBER.COM-un 1in.am-a istinadən verdiyi məlumata görə, jurnalistlər qoxu ilə bağlı araşdırma aparıblar və “hadisə yeri”ni müəyyənləşdiriblər. Məlum olub ki, xaşlama Ermənistan parlamenti spikerinin mətbəxində bişirilib. Aşpazlar xüsusi olaraq xaricdən dəvət ediliblər.Ermənistan parlamentinin sədri Ovik Abrasyan Urquqvaylı həmkarı Xorxe Orikonun başçılıq etdiyi nümayəndə heyətinə ziyafət verib. Qonaqlara xaşlama erməni mətbəxinin nümunəsi kimi təqdim edilib.