Ermənistan prezidenti Gürcüstana səfər edəcək

Ermənistan prezidenti Gürcüstana səfər edəcək
DÜNYA
13:02 14.04.2021
464
Ermənistan prezidenti Armen Sarqsyan sabah Gürcüstana rəsmi səfər edəcək.

Bu barədə Gürcüstanın Prezident Administasiyasından bildirilib.

Məlumata əsasən, A.Sarqsyan gürcü həmkarı Salome Zurabişvili ilə təkbətək və geniş tərkibli formatda görüş keçirəcək. Dövlət başçıları daha sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Ermənistan prezidentinin səfər çərçivəsində parlament sədri Arçil Talakvadze ilə də görüşü planlaşdırılıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR