Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı

Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
DÜNYA
19:21 05.08.2026
118
Londonun mərkəzində, Kovent-Qarden yaxınlığında bıçaqlı hücum baş verib, nəticədə dörd nəfər xəsarət alıb.

Bu barədə BBC məlumat yayıb.

Məlumata görə, hadisə Endell küçəsində qeydə alınıb. London Təcili Tibbi Yardım Xidmətinin açıqlamasında deyilir ki, hadisə yerində dörd nəfərə ilkin tibbi yardım göstərilib və onların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. İnsidentin səbəbləri araşdırılır. Yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Hadisə ilə bağlı bir qadın saxlanılıb.
OXŞAR XƏBƏRLƏR