Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
DÜNYA
19:09 05.08.2026
129
Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində yerləşən Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun (TsNİİmaş) ərazisində yanğın baş verib.

Bu barədə "İzvestiya" operativ xidmətlərə istinadən məlumat yayıb.

İlkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisənin texnogen xarakter daşıdığı bildirilir.

Məlumata əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, TsNİİmaş Rusiyanın raket-kosmik sənayesinin əsas müəssisələrindən biridir. İnstitut ballistik raketlər, peyk kəşfiyyatı və naviqasiya sistemləri, kosmik texnikanın hazırlanması, sınaqları və istismarı ilə bağlı elmi tədqiqatlar aparır.
OXŞAR XƏBƏRLƏR