‘Ermənistan ‘pul oğrusu’ imici qazanmış dövlətdir’ - Mübariz Əhmədoğlu

‘Ermənistan ‘pul oğrusu’ imici qazanmış dövlətdir’ -  Mübariz Əhmədoğlu
SİYASƏT
11:50 11.07.2013
1764

Mübariz Əhmədoğlu: “ARDNŞ və “Rosneft”in üçüncü ölkələrdə birgə əməkdaşlığı Ermənistanı da əhatə edə bilər”

“Rusiya-Azərbaycan düşmənçiliyinə milyon dollarlar xərcləyən, intellektual resurslar, tanınmış adlar ortalığa qoyan qüvvələr çaşqınlıq qarşısındadır: iki ölkə arasındakı soyuqluq birdən-birə münasibətlərin əvvəlkindən daha artıq istiləşməsi ilə nəticələndi”. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Rusiya Azərbaycanın silahla bağlı təkliflərini yerə salmadı, rəsmi Moskva prezident İilham Əliyevə qarşı siyasi oyunlarda adının hallanmasına imkan verməyəcəyini bildirdi, eləcə də konkret strateji əməkdaşlıq təklifləri irəli sürdü.

“Rosneft”in ARDNŞ-a üçüncü dövlətlərdə birgə əməkdaşlıq təklif etməsi də bu qəbildəndir. Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng etdi, ardınca “Rosneft”in rəhbəri, uzun müddət Rusiyada rəhbər vəzifələrdə işləmiş İqor Seçin dərhal Bakıya gəldi. “Rosneft” “Qazprom”dan fərqli olaraq korlanmamış reputasiyaya malikdir və adının “Rosneft” olması çox şeyi deyir. İki ölkə prezidentlərinin xeyir-duası ilə baş tutacaq ARDNŞ və “Rosneft” əməkdaşlığı üçüncü ölkələrdə birgə layihələr reallaşdırması həm regional, həm də ümumavropa miqyaslı ola bilər. Türkiyə və İran bu iki dövlət şirkətinin birgə əməkdaşlığının ən real coğrafiyalarıdır".

Politoloqun fikrincə, “Rosneft”in yaxınlarda Ermənistanın yanacaq paylama şəbəkəsinə sahib çıxması diqqətdən kənarda qalmamalıdır:

“ARDNŞ və ”Rosneft"in üçüncü ölkələrdə birgə əməkdaşlığı Ermənistanı da əhatə edə bilər. Rusiyadan bir neçə dəfə yükləmə-boşalma əməliyyatı ilə Ermənistan benzin və neft məhsulları daşımaqdansa, “Rosneft” üçün Azərbaycandan neft məhsullarını alıb Ermənistana daşıması daha sərfəlidir. Təbii ki, Rusiyanın bu niyyətinin arxasında Qarabağ məsələsinin həllindəki dəstəyi dayanmalıdır. İndi o dəstək aşkar şəkildə üzdədir".

«Əhmədoğlu bildirib ki, Ermənistan “pul oğrusu” imici qazanmış dövlətdir:

“Rusiyadan 500 milyon dollar kredit alan ermənilər Moskvaya pulu hara xərclədiklərinin hesabatını verə bilmirlər. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Ermənistan üçün ayırdığı kreditlərin də korrupsiyaya məruz qalması barədə faktlar hədsiz çoxdur. Ermənistan Nəzarət Palatası rəhbərinin parlamentdəki çıxışı da bunu göstərdi”.

O vurğulayıb ki, Avropa İttifaqı riskə gedib korrupsiyaya bulaşmış Ermənistan rəhbərliyinə 1,5 milyard avro yardım verməyəcək. Rusiya presedent yaratsa da, bunun bünövrəsi Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində qoyulub:

“Ermənistan iqtisadi problemlərini regional əməkdaşlıq çərçivəsində həll etməlidir. Həm Rusiya, həm Aİ Ermənistan üçün regional əməkdaşlıq dedikdə Azərbaycanla əməkdaşlığı nəzərdə tutur. Ermənistanın bu həqiqəti indi anlamayıb, üç ildən sonra dərk etməsi də Azərbaycanın xeyrinədir. Üç ildən sonra Ermənistanın indiki rəhbərliyi tərkibinə daxil olmaq üçün dövlət axtaracaq. Azərbaycan belə dövlətlərdən biri ola bilər. Seçim Ermənistandadır: Azərbaycanla əməkdaşlığa özü müstəqil də gələ bilər və ya başqa strukturlar vasitəsilə qoşula bilər. Başqa strukturlar dedikdə, əsasən RF və Aİ-ni nəzərdə tuturuq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
18:52 29.06.2025
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
18:47 29.06.2025
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
Elçin və Hissdən yeni iş birliyi
18:27 29.06.2025
Elçin və Hissdən yeni iş birliyi
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
18:25 29.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
18:17 29.06.2025
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat