Ermənistan və İranın xüsusi təyinatlı bölmələri aprelin 9-10-da birgə təlimlər keçirəcək.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hər iki ölkənin bölmələri öz ərazisində təlimlər keçirəcək.
Eyni zamanda, tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə şərti terror qruplarının hücumunun zərərsizləşdirilməsi üzrə birgə hərəkətləri həyata keçirəcəklər.
///Report