Ermənistana "müharibə" əmri verilib - Azərbaycan terrorçularla savaşacaq

Ermənistana "müharibə" əmri verilib - Azərbaycan terrorçularla savaşacaq
SİYASƏT
11:17 21.09.2020
41309

Ermənistan müharibəyə hazırlaşır. Bunu yerli telekanallara son müsahibəsində Prezident İlham Əliyev də açıq-aydın bəyan etdi.

Öncə Suriyadan, İraqdan, indi isə Livandan erməni ailələrini və xüsusi təlim keçmiş terrorçuları Azərbaycanın işğal edilmiş torpaqlarına gətirən ermənilərin müharibə hazırlığı bununla da bitmir. Rusiyanın müxtəlif yollarla silahlandırdığı Ermənistan terrorçuları Qarabağ və ətraf rayonlara yerləşdirmək üçün müxtəlif variantları yoxlayır.

Bəzi mənbələrdə isə Ermənistan Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə erməni ailələrini deyil, yaxşı təlim keçmiş erməni silahlılarını köçürdüyü məlumatları yer alır. Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan Tovuz döyüşlərindən dərhal sonra PKK terrorçularının liderləri ilə görüşüb və onları terrorçuları Qarabağa göndərməyə razı salıb. Qraçya terrorçuların Azərbaycan torpaqlarına köçürülməsi üçün öncə İraqın kürd nümayəndəliyinin səlahiyyətliləri ilə masa ətrafında əyləşib. Kürd rəhbər Bərzani Ermənistanın bu istəyinə qarşı çıxsa da, erməni diplomatın Kürdüstan Vətənpərvərlər İttifaqının rəhbərləri ilə görüşü nəticə verib. 

Tovuz döyüşlərindən sonra baş tutan bu görüşdə Ermənistan səfirinin terrorçuların Qarabağa göndərilməsi təklifi qəbul edilib. Beləliklə, yüzlərlə silahlı terrorçu Süleymaniyyədən avtobuslarla yola çıxaraq İran sərhəddindən keçərək Kirmanşah vasitəsi ilə işğal edilmiş torpaqlara yola salınıb. İran yüzlərlər terrorçunun sərhədlərini keçməklə Azərbaycana daxil olmasına göz yumub. Yaxın vaxtlarda bu yolla minlərlə terrorçunun Qarabağa və ətraf rayonlara köçürülməsi istisna edilmir. Rəsmi İrəvanın I Qarabağ Müharibəsində istifadə etdiyi taktiki gedişi yenidən təkrarlayacağı və Azərbaycana qarşı yenə terrorçuları və muzdluları cəbhəyə yığacağı gözlənilir. 

Ermənilərin bu planlarından xəbərdar olan Ali Baş Komandan İlham Əliyev Cənubi Qafqazda geosiyasi balansa böyük təhlükə olan Ermənistan hakimiyyətinə bəlkə də son xəbərdarlığını etdi. Destruktiv, dağıdıcı, iftiraçı təfəkkürə malik forpost, barbar xislətli idarəçiliyin danışıqlardan qaçdığını açıq etiraf edən Prezident "Azərbaycan xalqı doğrunu bilməlidir" dedi. İlham Əliyev Nikol Paşinyanın etdiyi açıqlamalarla müzakirələri pozduğunu qeyd etdi. O, Azərbaycanın qarşısına 7 şərt qoyan Nikol Paşinyana "Sən kimsən ki, bizimlə şərt dilində danışırsan?! Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyas ömrü çox çəkməyəcək" sözləri ilə barmaq silkələyib. Prezident İlham Əliyev Tovuz döyüşlərinə diqqəti yönəldərək "Əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim buna tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünki bizim hərbi siyasətimizdə bu yoxdur. Əgər bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin" deməklə Ermənistanı növbəti təxribatda hansı aqibətlə qarşılaşacağına işarə etmiş oldu.

Prezidentin "Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq. Axırı pis olacaq onlar üçün" açıqlaması isə ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən biri olan Rusiyanın Ermənistanı silah-sursatla təchizatı Azərbaycanın bu beynəlxalq təşkilatdan ədalət gözləntilərinin üstündən artıq xətt çəkdiyini bir daha nümayiş etdirdi. BMT qətnamələrinə əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməli olduğuna baxmayaraq, Paşinyan hakimiyyəti havadarlarının dəstəyi ilə bu qətnamələri icra etmir. Prezident eyni zamanda muzdluları və terrorçuları Azərbaycan torpaqlarına gətirən Ermənistanın bu addımla BMT-nin bir çox konvensiyasını dünyanın gözü qarşısında açıq şəkildə pozduğu halda heç bir beynəlxalq təşkilatlardan təpki görmədiyinə eyham vurub. Halbuki BMT-nin "Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası"nın 5-ci bəndində açıq şəkildə qeyd olunur ki, "Üzv dövlətlər muzdluları cəlb etməməli, istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər".

Azərbaycan artıq yaxşı anlayır ki, Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağı tərk etməsi üçün bir variant qalır. Dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistanın "Müdafiə haqqında" qanuna dəyişikliklər edərək Suriya, Livan, İraq, Fələstin və s. Yaxın Şərq ölkələrindən gətirilən muzdlu və terrorçuların Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirmək üçün qısa zamanda əllərindən gələni etməsi Azərbaycan Prezidentinin rəsmi İrəvana "Çirkin planlarınızdan əl çəkməsəniz, sizin üçün nəticə çox pis olacaq" mesajı verməsinə səbəb oldu.

Təhməz Əsədov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
13:38 30.10.2026
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
13:23 30.10.2026
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
13:18 30.10.2026
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi