Ermənistanda 1694 nəfər koronavirusa yoluxdu - 14 nəfər öldü

Ermənistanda 1694 nəfər koronavirusa yoluxdu - 14 nəfər öldü
DÜNYA
11:27 18.10.2020
688
Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1694 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu günədək Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 64694 nəfərə çatıb.

Son 24 saat ərzində 14 nəfər koronavirusdan vəfat edib, bununla da indiyədək Ermənistanda koronavirusdan ölənlərin sayı 1081 nəfərə yüksəlib.
 
///APA
OXŞAR XƏBƏRLƏR