Ermənistanda əsir saxlanılan Hüseynin anası: “Mənə ümid verdilər, ancaq balamla danışdırmadılar”

Ermənistanda əsir saxlanılan Hüseynin anası: “Mənə ümid verdilər, ancaq balamla danışdırmadılar”
SOSİAL
18:26 14.06.2023
178

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb. Videozəng Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə baş tutub.

Ancaq Ermənistandakı digər hərbçimiz Hüseyn Axundovun anası övladı ilə əlaqə yarada bilməyib.

Bu barədə Modern.az-a hərbçinin anası Şəlalə Axundova məlumat verib.

Şəlalə Axundova BQXK tərəfindən ona ümid verildiyini deyib:

"Mən həsrətdən yana-yana qalmışam. Mənə ümid verdilər. Dedilər ki, telefonunuzu açıq saxlayın, sizi övladınızla danışdıracağıq. Mən də iyunun 12-dən telefonun başında gözlədim, gözümü yummadım səhərə qədər. Balamdan zəng gözlədim. Aqşinin anası danışdı. Ancaq mən həsrətdən yandım, qovruldum. Göz yaşları içərisində qaldım”.

Əsir hərbçinin anası BQXK-ya müraciət etdiyini vurğulayıb:

"Məni danışdırmadılar. Mən Beynəlxalq Qırmızı Xaça zəng vurdum. Onlara niyə danışdırmadıqlarını soruşdum. Dedilər ki, oradan icazə verməyiblər. Guya ki, hələ cinayət işi getdiyinə görə, məhkəmə yekunlaşmadığına görə olmaz. Məktubunu mənə çatdırdılar”.

Hərbçimizin anasının sözlərinə görə, Hüseyn Axundov məktubda yazıb:

"Ana, özünə yaxşı bax. Ağa (qardaşını nəzərdə tutur - red), anama yaxşı bax. Anamı, bacımı, ailəmi sənə əmanət edirəm. Bacımın uşaqlarının üzündən öp. Sizin üçün darıxıram. Vətənim, elim üçün darıxıram. Dualar edin, bəlkə, gələ bildim. Haqqınızı halal edin”.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlətlər bir məhbus üçün nə qədər pul xərcləyir? – Maraqlı rəqəmlər
11:25 31.07.2026
Dövlətlər bir məhbus üçün nə qədər pul xərcləyir? – Maraqlı rəqəmlər
Həftə sonu bürcləri nələr gözləyir? - Hansı bürclər varlanacaq?
11:24 31.07.2026
Həftə sonu bürcləri nələr gözləyir? - Hansı bürclər varlanacaq?
Azərbaycanda oğul atasını bıçaqladı
11:15 31.07.2026
Azərbaycanda oğul atasını bıçaqladı
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
11:06 31.07.2026
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
10:56 31.07.2026
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb