AZXEBER.COM-un verdiyi məlumata görə, Ermənistan müxalifəti gecə saatlarına qədər aksiya keçirib. Xalq fevralın 18-də keçirilən prezident seçiklərinin saxtalaşdırılmasına etiraz edir. Müxalif «İrs» partiyasının rəhbəri, səsvermədə 36 faiz səs qazanmış Raffi Ovanisyanın liderliyilə təşkil edilmiş aksiyada Serj Sarqsyanın ünvanına sərt ittihamlar səsləndirilib. Özünü seçkilərin qalibi elan edən Ovanisyan Sarqsyanı rəsmən hakimiyyəti təhvil verməyə çağırıb. «Seçkilərin gedişində səhvə yol verən istənilən məmuru, o cümlədən sarqsyanı bura dəvət edirəm. Narahat olmasınlar, xalq onları bağışlayacaq. Amma səhvlərini etiraf etməsələr, cəzaları ağır olacaq. Nə qədər ki, gec deyil, Sarqsyan məni qələbə münasibətilə təbrik etməlidir. Çünki bu, xalqın qələbəsidir», - Ovanisyan belə deyib. Qeyd edək ki, etiraz aksiyası bu gün də davam edəcək. Erməni müxalifəti etirazların müddətsiz olacağını bəyan edib.