Ermənistanda hüquq-mühafizə orqanları əməliyyata başladı - Saxlanılanlar var

Ermənistanda hüquq-mühafizə orqanları əməliyyata başladı - Saxlanılanlar var
DÜNYA
10:11 07.06.2026
192
Ermənistanın Gümrü şəhərində səhər tezdən etibarən hüquq-mühafizə orqanları tərəfindən axtarış və saxlanılma əməliyyatları həyata keçirilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə oragir.news saytı məlumat yayıb.
 
Qeyd olunub ki, "Ermənistan” blokunun qərargahında səhər saat 05:00-dan etibarən axtarışlara başlanılıb. Əməliyyat zamanı deputatlığa namizəd Asmik Saqradyan saxlanılıb.

Bildirilib ki, eyni zamanda Ermənistan Milli Təhlükəsizlik Xidməti hüquq müdafiəçisi Karapet Poqosyanın mənzilində də axtarış aparır.

Məlumata əsasən, "Güclü Ermənistan” siyasi qüvvəsinin qərargahlarında da axtarış tədbirləri keçirilir.

Saxlanılan digər şəxslərin olduğu qeyd edilsə də, onların kimliyi barədə hələlik məlumat açıqlanmayıb.
 
"Unikal"
OXŞAR XƏBƏRLƏR