Ermənistanda isə son sutka ərzində koronavirusa yoluxanların sayı daha 102 nəfər artaraq 2 884-ə yüksəlib.
Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 2 nəfər artaraq 42-yə çatıb. Ümumilikdə 1 185 pasiyent müalicə olunaraq sağalıb.
1 648 xəstənin müalicəsi davam etdirilir, 28 mindən çox insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.