Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır

Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır
DÜNYA
15:25 14.03.2020
5022
Hazırda Ermənistanda COVİD-19 virusuna təsdiqlənmiş 15 halı var, xəstələrdən 1-də ağciyər iltihabı aşkarlanıb.

"Report” xəbər verir ki, bu barədə "Facebook” səhifəsində səhiyyə naziri Arsen Torosyan yazıb.

O, daha 36 nəfəri müayinə etdiklərini, bunlardan 2-də müsbət nəticə çıxdığını bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb. Yoluxanlar arasında İrandan və İtaliyadan qayıdanlar və onlarla təmasda olanlar, habelə 1 İtaliya vətəndaşı və Fransadan gələn şəxs var.
OXŞAR XƏBƏRLƏR