Ermənistanda koronavirusa yoluxanların sayı 937-yə çatıb.
Məlumatı aprelin 10-da ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə nəzarət və profilaktika üzrə Mərkəzi yayıb.
Bildirilib ki, son sutkada daha bir nəfər virusdan ölüb. Bununla da ölənlərin sayı 11-ə çatıb.
Son sutkada isə daha 16 nəfərin infeksiyaya yoluxması qeydə alınıb.
Qeyd edək ki, aprelin 14-dək Ermənistanda koronavirusa qarşı mübarizə məqsədi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
///Report