Ermənistanda revanşistlər yenə müharibə istəyir? - “”Onlar “Dəmir Yumruq” üçün darıxıblar”

Ermənistanda revanşistlər yenə müharibə istəyir? - “”Onlar “Dəmir Yumruq” üçün darıxıblar”
SİYASƏT
17:10 21.09.2026
1004
Ermənistan sosial şəbəkələrində Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesinə qarşı çıxan paylaşımlar diqqət çəkir. Bəzi erməni istifadəçilərin paylaşdığı fikirlərdə sülh gündəminə qarşı açıq narazılıq ifadə olunur, Azərbaycana qarşı mənfi və düşmən ritorikasından istifadə edilir.

Paylaşımlarda "alçaldılma üzərində qurulan sülhlə razılaşmayacağıq” kimi ifadələr səsləndirilir, emosional çağırışlar edilir və Azərbaycan əleyhinə fikirlər yayılır. Bununla yanaşı, bəzi paylaşımlarda Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan və keçmiş separatçı rejimə bağlılığı ifadə edən mövqelərə də rast gəlinir.

Xüsusilə keçmiş separatçı "Artsax”ı dəstəkləyən ifadələrin yenidən gündəmə gətirilməsi diqqət çəkir. Bu cür paylaşımlar Ermənistan cəmiyyətinin müəyyən hissəsində sülh prosesinə və regionda yeni reallıqlara qarşı müqavimətin hələ də davam etdiyini göstərir.

Siyasi şərhçi Azər Həsrət AZXEBER.COM-a açıqlamasında deyib ki, ermənilər Azərbaycanın illərlə etdiyi sülh təklifini dəyərləndirə bilmədilər:   

"Azərbaycan dövləti ermənilərin başımıza gətirdiyi bütün oyunlara, müsibətlərə baxmayaraq, onlara dəfələrlə sülh əlini uzadıb. Yəni, biz əslində 44 günlük Vətən müharibəsindən əvvəl də, on illər boyunca Ermənistana və işğalçılara sülh əlini uzadırdıq. Onlara təklif edirdik ki, problemi dinc yolla həll edək və bir-birimizlə anlaşaq. Biz sizin əməllərinizi,  sərt şəkildə qınamaqla bərabər, sizinlə sülh şəraitində yaşamağa hazırıq. Təəssüflər olsun ki, ermənilər bunu anlaya bilmədilər və nəticədə 44 günlük müharibə başladı. Özü də Ermənistanın yeni təxribatlarına cavab verərkən əks hücuma keçmək məcburiyyətində qaldıq və onlara qüdrətimizi göstərdik”.


O qeyd edib ki, onların bu tip çağırışları bizi qətiyyən narahat etmir:

"2023-cü ilin 19-20 sentyabrında da eyni proses davam etdi. Yəni, 44 günlük müharibədən ötən üç il ərzində Azərbaycan yenə də separatçı, terrorçu, işğalçı ermənilərə və onların havadarlarına yumşaq bir dildə başa salmağa çalışdı ki, silahı yerə qoymaq, qanun çərçivəsində yaşamaq lazımdır. Təəssüflər olsun ki, bunu da anlamadılar və anlamadıqlarına görə lokal antiterror əməliyyatına getmək məcburiyyətində qaldıq.
Yəni, bunlar sərt ritorika ilə üstümüzə gəldikcə, dəmir yumruq təpələrini əzir. Əzdikcə də ağıllanacaqlarına, daha da ağıllarını itirirlər. İndi də Ermənistanda bu çağırışlar, bu cür paylaşımlar, ümumiyyətlə, sülhü şübhə altına alan davranışlar bizi narahat etmir”. 

"Onlar Azərbaycanın dəmir yumruğundan ötrü darıxıblar, o yumruğu təkrar təpələrində hiss etmək istəyirlər. İstəyirlərsə, biz nə deyə bilərik? Məcbur etsələr, başlarına yumruqla vurub sülhə məcbur edəcəyik. Yəni, Azərbaycan dövləti onları bir dəfə yox, bir neçə dəfə sülhə məcbur edib. İndi başa düşməli, ağıllanmalı idilər, amma görünür ki, ağıllanmırlar,-deyə ekspert bildirib.

Şahanə Ziyad

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı artdı
06:33 07.11.2026
Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı artdı
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
06:23 07.11.2026
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
06:13 07.11.2026
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
12 müxalifət partiyası Paşinyana qarşı birləşdi
06:03 07.11.2026
12 müxalifət partiyası Paşinyana qarşı birləşdi
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
05:53 07.11.2026
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
İran danışıqlardan əvvəl ABŞ-dən addımlar gözləyir
05:43 07.11.2026
İran danışıqlardan əvvəl ABŞ-dən addımlar gözləyir
BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir
05:33 07.11.2026
BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
05:23 07.11.2026
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
05:13 07.11.2026
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
05:03 07.11.2026
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
04:53 07.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
04:43 07.11.2026
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
04:33 07.11.2026
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
04:23 07.11.2026
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
04:13 07.11.2026
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
04:03 07.11.2026
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub