Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır

DÜNYA
19:08 05.08.2020
1037
Ermənistan prezidenti Armen Sarkisyan "Audiovizual media” haqqında qanunu imzalayıb.
 
AZXEBER.COM "Sputnik Armenia”ya istinadən xəbər verir ki, qanun xarici dildə fəaliyyət göstərən bütün telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir.

Hazırda Ermənistanda Rusiyanın "Birinci kanal”, "RTR Planeta”, "Rossiya. Kultura” və dövlətlərarası "Mir” telekanalı, habelə ABŞ-ın CNN telekanalı açıq yayımlanır. Qərar qüvvəyə minəndən sonra Ermənistan ərazisində yalnız "Mir” telekanalının açıq yayımına icazə veriləcək.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfirliyi bir qədər əvvəl İrəvanın bu niyyətindən narahatlığını bildirmişdi. Rusiya tərəfi bəyanatlarında dəfələrlə vurğulamışdı ki, məsələnin nizamlanması üçün dialoqa hazırdır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet