Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?

Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?
SİYASƏT
16:58 20.11.2026
116
Xəbər verdiyimiz kimi, Ermənistan Konstitusiyasını dəyişməyə hazırlaşır.

Ermənistanın yeni Konstitusiya layihəsinin mətninin bazar ertəsi ictimaiyyətə açıqlanacağı gözlənilir. Baş nazir Nikol Paşinyan da həmin gün məsələ ilə bağlı xalqa müraciət edəcək.

Konstitusiya dəyişikliyi təşəbbüsü Ermənistanın siyasi və hüquqi sistemində gözlənilən yeniliklərlə yanaşı, Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesi baxımından da diqqət çəkir.

Bəs bir ölkənin Konstitusiyasının dəyişdirilməsi nə deməkdir və bu addım dövlətin gələcək siyasi kursuna necə təsir göstərə bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Taleh Əliyev bildirib ki, Ermənistanda Konstitusiya dəyişikliyinin əsas səbəblərindən biri Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı prinsipial mövqeyidir:

"Ermənistanda Konstitusiya dəyişikliyi iki mühüm səbəbdən irəli gəlir. Birincisi, Azərbaycan tərəfinin sülh sazişinin imzalanması ilə bağlı prinsipial və qəti mövqeyidir. Məhz bu mövqe Ermənistan Konstitusiyasının hazırkı mərhələdə dəyişdirilməsini zəruri edən əsas amillərdən biridir.
İkinci səbəb isə heç şübhəsiz ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin başqa dövlətlərin, xüsusilə də Rusiyanın təsirindən xilas olması istəyidir. Paşinyan hesab edir ki, istər hazırkı Konstitusiya, istərsə də onun hakimiyyətə gəlişindən əvvəlki dövrdə mövcud olmuş ictimai-siyasi sistem Ermənistanın xarici qüvvələrin təsiri altında qalmasının əsas səbəblərindən biridir. O, Rusiyanın maraqlarının ölkədə reallaşmasında Konstitusiyanın da rolunu görür".

Politoloqun sözlərinə görə, Ermənistanın yeni Konstitusiya qəbul etməsi ölkənin siyasi və ideoloji istiqamətində ciddi dəyişikliklərə yol aça bilər:

"Ona görə də Ermənistanın hazırkı Konstitusiyadan imtina etməsi, xüsusilə də tarixi və saxta «dənizdən-dənizə Böyük Ermənistan» ideologiyasının daşıyıcısı olan hüquqi müddəalardan uzaqlaşaraq yeni Konstitusiyanın hüquqi əsaslarını yaratmağa çalışması bu ölkə üçün, mən deyərdim ki, gerçəkdən inqilabi hadisə və ciddi dəyişiklik olacaq.
Yəqin ki, bu proses Rusiyanın Cənubi Qafqazdan uzunmüddətli perspektivdə sıxışdırılıb çıxarılmasının əsasını qoyacaq. Bununla da bölgədə, xüsusilə Azərbaycan və Türkiyə ilə uzunmüddətli sülhün və əməkdaşlığın hüquqi əsaslarının formalaşdırılması prosesi başlayacaq. Lakin bu, təkcə Ermənistanı əhatə edən məsələ deyil. Eyni zamanda Azərbaycanı və əlbəttə ki, Türkiyəni də maraqlandıran olduqca mühüm bir siyasi hadisədir".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir
17:15 20.11.2026
AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir
Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?
16:58 20.11.2026
Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır – İcra Hakimiyyətindən ŞİKAYƏT
16:57 20.11.2026
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır – İcra Hakimiyyətindən ŞİKAYƏT
Prezidentin sosial şəbəkə hesablarında Vyetnama rəsmi səfərlə bağlı videoçarx paylaşılıb - VİDEO
16:50 20.11.2026
Prezidentin sosial şəbəkə hesablarında Vyetnama rəsmi səfərlə bağlı videoçarx paylaşılıb - VİDEO
“Efirlərdə özlərini reklam edən həkimlərin qazancı araşdırılmalı, reklamları qadağan edilməlidir”
16:48 20.11.2026
“Efirlərdə özlərini reklam edən həkimlərin qazancı araşdırılmalı, reklamları qadağan edilməlidir”
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:39 20.11.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
16:24 20.11.2026
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
16:21 20.11.2026
2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
16:18 20.11.2026
“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
Arakçi: ABŞ-nin dəniz blokadası yarılmalıdır
16:05 20.11.2026
Arakçi: ABŞ-nin dəniz blokadası yarılmalıdır
Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
15:56 20.11.2026
Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka
15:46 20.11.2026
City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlandı
15:35 20.11.2026
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlandı
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
15:31 20.11.2026
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
Azercell-in “30 il səninlə” lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
15:28 20.11.2026
Azercell-in “30 il səninlə” lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
"Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir"
15:17 20.11.2026
"Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir"