xari

Ermənistanın borcları ÜDM-də müəyyən edilmiş həddi keçib

DÜNYA
19:50 22.04.2021
256
Ermənistanın dövlət borcu ümumi daxili məhsulda (ÜDM) müəyyən edilmiş 60 faiz həddini keçərək 63,5 faizə çatıb.

Bunu Ermənistanın maliyyə naziri Atom Cancuqazyan bildirib.

Maliyyə nazirinin sözlərinə görə, dövlət büdcəsinin kəsiri 2020-ci ildə 334 milyard drama çataraq ÜDM-in 5,5 faizini təşkil edib. Halbuki 2020-ci il üçün dövlət büdcəsinin kəsiri 161 milyard dram və ya ÜDM-ni 2,3 faizi səviyyəsində planlaşdırılmışdı.

A.Cancuqazyan vurğulayıb ki, dövlət xəzinəsinin gəlirləri 1 trilyon 560 milyard 655 milyon dram, xərcləri 1 trilyon 894 milyard 647 milyon dram, kəsiri isə 333 milyon 991 min dram təşkil edib.
 
///Report

OXŞAR XƏBƏRLƏR