“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat

“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
SİYASƏT
16:09 05.08.2026
755
Türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı amerikalı risk tədqiqatçısı Nassim Nikolas Talebə açıq məktub ünvanlayaraq, onun Ruben Vardanyanı dəstəkləməsini və Vardanyan həbsdə olduğu müddətdə Bakıda mühazirə oxumaqdan imtina etməsini sərt tənqid edib. Kırlıkovalı Talebi Vardanyanın fəaliyyətini yanlış qiymətləndirməkdə ittiham edib, onun xeyriyyəçi imicinin arxasında qanunsuz maliyyə fəaliyyəti və geosiyasi məqsədlərin dayandığını iddia edərək mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.

Məktub müəllifi həmçinin iddia edib ki, Vardanyanın 2022-ci ilin sonunda Qarabağa gəlməsi regionda sabitliyin pozulmasına səbəb olub. O, Bakı Hərbi Məhkəməsinin 2026-cı ilin fevralında Vardanyanı terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz silahlı birləşmələrin yaradılması da daxil olmaqla müxtəlif ittihamlarla 20 il azadlıqdan məhrum etdiyini xatırladıb. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı məktub obyektiv həqiqətləri əks etdirir:

"Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı məktub obyektiv həqiqətləri əks etdirir. Amma bu, Nassim Talebin mövqeyində əsaslı bir dəyişikliyə səbəb olmayacaq. Çünki Livanda doğulan Nassim Taleb nəticə etibarilə bütün ömrü boyu erməni diasporu və erməni kilsəsi ilə sıx bağlı olub.

Onun Ruben Vardanyanla əlaqələrinin kökündə də məhz bu faktorlar dayanır. Livanın paytaxtı Beyrutda erməni Kilsəsini maliyyələşdirən və həmçinin bu kilsə vasitəsilə vaxtilə Azərbaycan ərazilərində qanunsuz məskunlaşmasına faktiki olaraq dəstəkləyən şəxslərdən biri də Ruben Vardanyan idi. Bu prosesdə Ermənistanda həbsdə olan Samvel Karapetyan və Azərbaycanda cinayət əməllərinə görə həbsdə olan Ruben Vardanyan paralel şəkildə hərəkət ediblər. Bu şəbəkənin içərisində Nassim Talebin də olması qətiyyən təsadüfi deyil”

O bildirib ki, çirkli pulların yuyulması ilə məşğul olan bir şəxsin iqtisadi kataklizmlərə səbəb olan hadisələr haqqında nəzəriyyənin müəllifi ilə bir araya gəlməsi paradoksal haldır:

"Maraqlıdır ki, Taleb "Qara qu quşu” iqtisadi nəzəriyyəsini irəli sürən şəxslərdən biridir. Əslində, bu nəzəriyyənin mahiyyətində yer alan faktorlardan biri də Ruben Vardanyan kimi şəxslərin fəaliyyətidir. Nəticə etibarilə, Ruben Vardanyan uzun illər boyu çirkli pulların yuyulması ilə məşğul olub. Hətta onun rəhbərlik etdiyi bankı "camaşırxana” adlandırıblar.
Nəticə etibarilə, Ruben Vardanyan haqqında bir neçə cinayət işi var. O cümlədən, Baltikyanı ölkələrdə fəaliyyəti ilə bağlı da cinayət işləri açılıb. Onun adı dəfələrlə çirkli pulların yuyulması ilə bağlı hallanıb. 

Əslində, çirkli pulların yuyulması ilə məşğul olan bir şəxsin məhz bu cür iqtisadi kataklizmlərə səbəb olan hadisələr haqqında nəzəriyyənin müəllifi ilə bir araya gəlməsi paradoksal haldır. Amma biz erməni diasporu və erməni lobbisi ilə bağlı olan şəxslərin fəaliyyətində bu cür paradoksal hallarla tez-tez rastlaşırıq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanalda batan yeniyetmənin meyiti tapıldı
17:53 06.08.2026
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
17:40 06.08.2026
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
17:29 06.08.2026
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
17:27 06.08.2026
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
17:23 06.08.2026
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
17:17 06.08.2026
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
17:10 06.08.2026
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB