Ermənistanın dəstəyi ilə separatçılar Dağlıq Qarabağın böyük hissəsinə və 7 digər Azərbaycan rayonuna nəzarət etməyə davam edirlər.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin insan haqları üzrə 2012-ci il məruzəsində deyilir.“Dağlıq Qarabağın yekun statusu həmsədrlərinin Rusiya, Fransa və ABŞ olduğu ATƏT-in Minsk qrupunun beynəlxalq vasitəçilik səylərinin predmeti olaraq qalır”, - məruzədə deyilir.Erməni separatçıları tərəfindən qızışdırılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralında Azərbaycan SSR-in Dağlı Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi barədə separatçıların əsassız tələbləri ilə başladı. Bu 200 minlik azərbaycanlı əhalinin Ermənistandan deportasiyası (1987-1989) ilə müşayiət olunurdu.Daha sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü, postsovet məkanında ən çox qan axıdılan etnopolitoloji münaqişəyə çevrilən müharibənin başlanması ilə nəticələndi. SSRİ-nin dağılmasından sonra başlayan münaqişənin ən qızğın vaxtlarında - 1992-1994-cü illərdə, 40 mindən çox adam öldü və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün oldu. Azərbaycan ərazilərinin 20%-i – Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon işğal olundu. BMT-nin Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qəbul olunmuş 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. 1994-cü ilin mayında tərəflər atəşkəs rejimininin əldə olunmasına nail oldular. Hal-hazırda həmsədrlərinin Fransa, ABŞ və Rusiya olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tərəflər arasında danışıqlar prosesi davam edir.