Ermənistanın müdafiə nazirliyinin mərkəzi arxivinin rəisi həbs olundu

DÜNYA
08:43 14.09.2012
1672
Ermənistanın müdafiə nazirliyinin mərkəzi arxivinin rəisi Ambartsum Pxrikyan bir qrup şəxs ilə əvvəldən əlbir olmaqla küllü miqdarda başqasının əmlakını talamaqda şübhəli bilinərək həbs olunub.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 56 yaşlı Pxrikyan ilə birgə Ermənistan hərbi hissələrindən birinin elektron-hesablama maşının texnik-operatoru həbs edilib. Açılan cinayət işini mühüm işlər üzrə istintaq şöbəsi aparır.

OXŞAR XƏBƏRLƏR