Düşmən mina xəritələrini niyə vermir? - Ermənistanın müharibə cinayətləri davam edir

SOSİAL
15:44 06.04.2021
1190
44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan azad etdiyi torpaqlarda minatəmizləmə prosesini davam etdirir. Hazırda ən qısa zamanda vətəndaşların öz torpaqlarına qaytarılmasını təmin etmək üçün bu işlər sürətlə aparılır.

Ermənistan tərəfinin minalı ərazilərin xəritəsini Azərbaycan tərəfinə hələ də təqdim etməməsi bu işlərin müəyyən qədər ləngiməsinə səbəb olur.

Prezident İlham Əliyev də öz çıxışında qeyd etmişdir ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsi cinayətdir:

"Erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib”

Politoloq İlyas Hüseynovun AZXEBER.COM-a verdiyi açıqlamaya görə Ermənistanın minalı ərazilərin Azərbaycan tərəfinə verməməsi çox ciddi problemdir:

"Minaların təmizlənməsi və minalı ərazilərin Erməniztan tərəfindən verilməməsi çox ciddi problemdir. Hazırki durumda minalanmış xəritələri əldə etmək dövlətimiz qarşısında böyük vəzifə kimi dayanır. Eyni zamanda, Beynəlxalq mina xəbərdarlığı və mina aksiyasına yardım günü çərçivəsində ADA universitetində keçirilmiş tədbir də mühüm əhəmiyyət kəsb edirdi. Ermənistan xəritələri gizlətməklə Azərbaycan vətəndaşlarının ölümünə səbəb olur. Müşahidələr onu göstərir ki, Ermənistan tərəfi Birinci Qarabağ müharibəsi zamanı və Vətən Müharibəsi öncəsi əraziləri minalayıb və bu ərazilərin sxemlərini Azərbaycana təqdim etməkdən boyun qaçırır”.

Politoloqun sözlərinə görə, ərazilərin bu cür minalanması Ermənistanın etnik təmizləmə siyasətinin təzahürüdür:

"Minaların basdırılması Ermənistanın etnik təmizləmə siyasətinin bir təzahürüdür və bu Beynəlxalq Hüquq prinsiplərinə ziddir. Ermənistan da bu xəritələri verməməklə yeni cinayətlərə imza atmış olur. Bu, eyni zamanda Ermənistanın müharibə cinayətlərin davam etdirməsidir. Buna görə də, Ermənistan öz öhtəliklərini yerinə yetirməlidir. Hazırki durumda yürüdülən siyasət və minaların xəritələrinin verilməməsi Ermənistanın düşmənçilik müstəvisində atdığı addımlardan biridir”.
 


İlyas Hüseynov onu da qeyd edib ki, minalı ərazilər Azərbaycanın dayanıqlı inkişafına mane olur:

"Digər önəmli məsələ ondan ibarətdir ki, Ermənistan tərəfindən minalanmış ərazilər, əsasən Azərbaycanın məhsuldar torpaqlarıdır. Ona görə də, ölkəmizin dayanıqlı inkişafına mane olur. Çünki həmin əraziləri əkib becərməklə biz ölkə iqtisadiyyatına külli miqdarda qazanc verə bilərik”.

Onun sözlərinə görə, hazırda minaların təmizlənməsi məqsədilə Azərbaycan bir çox partnyorlarla əməkdaşlıq edir:

"Minalı ərazilərin təmizlənməsi məqsədilə ölkəmiz BMT təsisatları, eləcə də ikitərəfli müstəvidə bir çox partnyorlarla aktiv əməkdaşlıq edir. Burada ilk növbədə qardaş Türkiyə bu ərazilərin təmizlənməsi ilə bağlı öz yardımını göstərir. Artıq Türkiyənin avadanlıqları təhlükəli ərazilərin təmizlənməsi işinə cəlb edilib”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb