Ermənistanın növbəti təxribatları: "Paşinyan bilərək bunu ona görə edir ki..." - SƏBƏBLƏR

Ermənistanın növbəti təxribatları: "Paşinyan bilərək bunu ona görə edir ki..." - SƏBƏBLƏR
SİYASƏT
16:06 07.09.2022
3933
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bəs, Ermənistan tərəfi bu cür təxribatlarla nəyə nail olmağa çalışır?

Millət vəkili Fəzail Ağamalı bu barədə AZXEBER.COM-a fikirlərini bildirib.
 


Deputat burada iki əsas səbəbin olduğunu qeyd edib:

"Burada iki əsas səbəb ola bilər. Birincisi, Rusiya ilə bağlı olan revanşist qüvvələrin təsir dairəsində fəaliyyət göstərən yüksək rütbəli hərbçilər ola bilər. Bu hərbçilər almış olduğu komandaya uyğun olaraq sərhəd boyunca bu cür təxribatlar törədirlər. Danışıqların gedişinə mənfi təsir göstərərək gərginlik yaradırlar. 

İkinci səbəb isə o ola bilər ki, Paşinyan cəmiyyəti sülhə hazırlamaq üçün düşünülmüş şəkildə bu gərginliyi saxlayıb göstərməyə çalışır ki, əgər sülh danışıqları olmasa, sərhədlər dəqiqləşməsə, münasibətlər normallaşmasa, bu cür atışmalar müharibəyə gətirib çıxara bilər. Yəni cəmiyyəti müharibədən çəkindirmək, müharibə vasitəsilə qorxutmaq üçün düşünülmüş şəkildə bu cür addımlar atıla bilər. Nəticədə, cəmiyyət də Paşinyanın dediyi kimi, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinə hazır olsun”. 

F.Ağamalı bildirib ki, bu təxribatların heç bir təsiri olmayacaq:

"Nəticə etibarilə, bunun təsiri olmayacaq. Çünki hazırda Rusiyanın mövqeyi getdikcə zəifləyir. Paşinyan bunun fərqindədir. Şübhəsiz ki, bu danışıqların moderatoru kimi çıxış edən Avropa İttifaqı vasitəsilə danışıqların aparılması Paşinyana əlavə güc verir. Aİ-nın bu danışıqlarına ABŞ-da çox müsbət yanaşır. Paşinyan həm də bu amilə görə, Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır”. 

Deputat həmçinin vurğulayıb ki, hər bir təxribatın cavabı dəfələrlə artıq verilir:

"Ermənistanın hər bir təxribatına qarşı Azərbaycanın qəhrəman əsgər və zabitləri, silahlı qüvvələrimiz lazımi şəkildə cavab verib, bundan sonra da verəcək. Hər bir atəşə qarşı onlarla cavab atəşi, hər bir xəsarət almış əsgər və zabitlərimizə qarşı ondan 10 dəfə artıq onlara zərbə vurulacaq. Mən tam əminəm ki, bizim silahlı qüvvələrimiz yüksək hazırlıq səviyyəsindədir. Ermənilərə hər zaman olduğu kimi, indi də qətiyyətlə cavab verirlər. Bütün bunlar Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında da özünü göstərir.”

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elçin Vəliyev kollektivə təqdim edildi
16:41 05.06.2026
Elçin Vəliyev kollektivə təqdim edildi
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
16:34 05.06.2026
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO