"Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"

"Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
Siyasət
15:49 13.03.2025
731
Sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib.

"Azərbaycanın İrəvandan növbəti gözləntisi Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir", - C.Bayramov deyib.
OXŞAR XƏBƏRLƏR