Erotik model əzələ yığınına döndü - FOTOLAR

Erotik model əzələ yığınına döndü - FOTOLAR
ŞOU-BİZNES
08:30 06.10.2011
2503

İndisəCodi Marşın bədənini heç bir halda gözəl adlandırmaq olmaz. "Əzələli", "relyefli", "güclü" - amma "gözəl" yox. Məşhur supermodel, bir zamanlar "Playboy"ün "ən ehtiraslı və erotik xanım" adına layiq gördüyü Codi Marş indi bodibildinq ulduzudur. O, "Natural Physique Association" və " Pro-Am Bodybuilding Championships" turnirlərinin qalibləri arasındadır. 32 yaşlı sabiq model və aktrisanın bir vaxtlar milyonlarla kişinin ağlını başından çıxaran vücudunun indi əzələlərinin dəri altında qaynaşdığı bədənə çevrilməsinin səbəblərindən onun özü danışıb. Codinin sözlərinə görə, çox sərt pəhriz və yorucu məşqlər nəticəsində bu hala düşüb. "Cəmi 50 gün ərzində bədənimdəki yağ və piylərin 25 fazini itirdi. Yəni adi, normal halda başqalarının 6-9 aya nail olduğu nəticələri mn cəmi 8 həftədə əldə etdim", - Codi deyib. Sabiq model və aktrisa daha sonra bildirib ki, onun uğurlarında məşqçisiTim Şarpın böyük əməyi var: "Məhz Timin rəhbərliyi ilə etdiyim məşqlər sayəsində Şeffilddə keçirilmiş dünya çempionatında 5-ci yeri tutmuşdum. Məşqələr çox vaxtım yoxdur. Amma indi daha səylə çalışacaq, gələn il dünyanın ən yaxşı qadın bodibilderi adına yiyələnmək üçün əlimdən gələni edəcəyəm". //milli.az

ƏVVƏLLƏR...

VƏ İNDİ...

OXŞAR XƏBƏRLƏR