Əsgər getməyənlər üçün bəd xəbər - AÇIQLAMA

Əsgər getməyənlər üçün bəd xəbər -  AÇIQLAMA
Bütün Xəbərlər
13:00 28.11.2013
8877

Azərbaycanda hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla bilər. Artıq bununla bağlı, Milli Məclisdə hərbi qanunvericilikdə dəyişikliklər edilməsi üçün bir qrup deputat tərəfindən təklif də irəli sürülüb.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda müəyyən dəyişikliyin edilməsi ilə bağlı hazırlanan yeni təklifə görə, hazırda hərbi xidmətə sonuncu çağırış yaşı 35-dən 40-a qaldırılması nəzərdə tutulur.

Belə ki, dəyişikliyə əsasən, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 40 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar.

Layihənin növbəti sessiyada Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulur.

Dəyişikliklər hərbi çağırış sisteminin NATO sisteminə uyğunlaşdırılması məqsədi daşıyır.

NATO ölkələrində yuxarı yaş həddi bir sıra ölkələrdə 45 yaşdır.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Fərəc Quliyev AZXEBER.COM-a açıqlamasında komitə üzvləri tərəfindən bu məsələnin müzakirəyə salındığını söyləyib:

“Sözügedən təklif Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi tərəfindən müzakirəyə çıxardılacaq. Hələ ki, heç bir rəsmi məlumat yoxdur. Ancaq nəzərə almaq lazımdır ki, bu gün biz keçmiş SSRİ-nin hərbi təsirindən çıxmamışıq. Bizim silah-sursat təminatımız, ordumuzda olan bəzi qayda-qanunlar var ki, bu NATO hərbi sisteminə uyğun deyil. Ona görə bu islahatların aparılmasını zəruri hesab edirəm. Digər bir tərəfdən biz müharibə şəraitində yayşayırıq və nəzərə almaq lazımdır ki, hər an müharibə ola bilər. Yaş həddinin artırılması orduya cəlb olunacaq insanların sayının artmasına səbəb olacaq”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR