Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri 19 yaşlı Elvin Məmmədovun xidməti silahından təhlükəsizlik qaydasının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun hərbçi yoldaşı Elçin Mikayılova dəyib. E. Mikayılov ayağından yüngül yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.