Əsgər hospitalda öldü

Əsgər hospitalda öldü
Bütün Xəbərlər
12:02 07.12.2011
1621

Azərbaycan ordusunun hərbi qulluqçusu hospitalda ölüb.

Hərbi mənbənin Trend-ə verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü, müddətdən artıq hərbi qulluqçu Cəfərov Anar Qəzənfər oğlu dünən Bakıdakı mərkəzi hospitalda dünyasını dəyişib.

Məlumata görə, o bir neçə gün öncə xidmət etdiyi Tərtər rayonundakı N saylı hərbi hissədə baş vermiş partlayışda ağır xəsarət alıb və hospitala yerləşdirilib.

Cəfərov 2008-ci ildən hərbi ximətdədir və Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR