Əsgər komandirini və yoldaşını güllələdi

Əsgər komandirini və yoldaşını güllələdi
Bütün Xəbərlər
17:00 07.04.2014
4633
Azərbaycanda hərbi hissədə silahlı insident olub.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib.
Güllə yarası alan əsgər İ. İsmayılov dünyasını dəyişib.
R. Əliyev isə ağır vəziyyət xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
OXŞAR XƏBƏRLƏR