Əsgər ölümüylə bağlı keçiriləcək aksiyanın təşkilatçısı AZXEBER.COM-a danışdı - MÜSAHİBƏ

Əsgər ölümüylə bağlı keçiriləcək aksiyanın təşkilatçısı AZXEBER.COM-a danışdı - MÜSAHİBƏ
Bütün Xəbərlər
13:47 11.01.2013
4279

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən "N” saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Qubadovun ölümü ictimaiyyətdə böyük narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə bununla bağlı kampaniya başladılıb. "Əsgər ölümlərinə son” adlı "event” yaradılıb. Yanvar ayının 12-si saat 16:00-da Fəvvarələr Meydanında bununla bağlı aksiyanın keçiriləcəyi gözlənir. "Facebook”da 13 mindən çox insan bu aksiyaya qatılacağını deyib.

Aksiyanın təşkilatçısı gənc fəal İlkin Rüstəmzadə məsələyə bağlı AZXEBER.COM-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- İlkin, ilk olaraq aksiya haqda məlumat verərdin? Necə oldu ki, aksiya keçirmək qərarına gəldiniz?

- Biz əsgər Ceyhun Qubatovun döyülərək öldürülməsi xəbərini Azadlıq qəzetinin internet səhifəsində gördük. Bu bizə çox pis təsir etdi. Bundan sonra "facebook”da dostlarla qısa müzakirə apardıq və bu "event”i yaratdıq. Məncə hər bir kəs bizə bu məsələdə yardımçı olmalıdır. Fəvvarələr meydanındakı etiraz aksiyasına vicdanı, mənliyi olan hər bir azərbaycanlını dəvət edirik!

- Sabahkı akiyada əsas şüarlar hansı olacaq?

- Aksiyada siyasi şüarlar səsləndirilməyəcək, bu şüarın səsləndirilməsi təklif olunur: "Əsgərimiz ölməsin, Ordu morqa dönməsin!. Aksiya iştirakçıları, qərənfil gətirə bilər, qırmızı lent bağlaya bilər, əsgər papağı taxa bilər, lakin şüarlar yazılmış plakatları yalnız təşkilatçılar təqdim edəcək. Bütün siyasi qüvvələrdən və təşkilatlardan artıq dərəcədə xahiş edirik, dəstək olsunlar, amma aksiyanı öz məqsdələri üçün istifadə etməsinlər. İctimai tədbirini pozulması istiqamətində hər hansı bir addım atmasınlar. Bird aha qeyd edirəm ki, bu siyasi aksiya deyil.

- İlkin, "event”də 13 min adam iştirak edəcəyini söyləyib, siz sabah nə qədər insanın gələcəyini düşünürsüz?

- Əgər inzibati müdaxilələr olmasa ən az 10.000 adamın gələcəyini gözləyirik.

- DİN bildirib ki, aksiya icazəsiz olduğuna görə müdaxilə olacaq. Olmazdı mı ki, siz aksiyayla bagli BŞİH-ə müraciət edərdiz və təyin olunan yerdə etirazınızı bildirərdiz?

- Birincisi bu sivil aksiyadır, ikincisi də qanunvericilikdə icazə almaq, yer istəmək deyilən bir şey yoxdur.

- Son olaraq sabah aksiyaya gələcək insanlara nə demək istəyirsən?  - Sabahkı aksiyada hər kəs iştirak etməlidir. O əsgərin yərinə hər birimiz ola bilərdik. Günahkarlar cəzalandırılmalıdır. Bu gün bu haqsızlıqlara susanlar, sabah özləri susmaqlarının qurban olacaqlar.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
14:25 30.06.2025
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
14:24 30.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
14:09 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
İranda zəlzələ olub
13:50 30.06.2025
İranda zəlzələ olub
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:45 30.06.2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
Azərbaycana soyuq hava gəlir: intensiv yağışlar yağacaq – RƏSMİ
13:33 30.06.2025
Azərbaycana soyuq hava gəlir: intensiv yağışlar yağacaq – RƏSMİ