Əsgər özünü güllələdi – Azərbaycanda

Əsgər özünü güllələdi – Azərbaycanda
Bütün Xəbərlər
16:13 23.07.2014
1006

Azərbaycan ordusunda silahlı insident olub.

Hadisə Müdafiə Nazirliyinin Murovdağda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Polad Malik oğlu Bayramlı əlindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.

APA

 

OXŞAR XƏBƏRLƏR