Əsgərimiz qəzada dünyasını dəyişdi

Əsgərimiz qəzada dünyasını dəyişdi
Bütün Xəbərlər
20:10 16.10.2011
1670
Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə N saylı hərbi hissədə baş verib. Bu ilin aprel ayında Hacıqabul rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1993-cü il təvəllüdlü Cavid Nizami oğlu Əhmədli ehtiyatsız nəticəsində ZİL markalı yük maşınını hərəkətə gətirib. Nəticədə maşın dərəyə yuvarlanıb. C. Əhmədli aldığı xəsarətlərdən dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR