Sosial şəbəkələrdə yayılan və böyük səs-küyə səbəb olan fotodakı Ülvi Namazlının atası açıqlama verib. Eldəniz Namazlının ANS PRESS-ə bildirdiyinə görə, oğlu zabit deyil və cəmi 40 günün əsgəridir. O bildirib ki, foto karantin dövründə Beyləqanda çəkilib. Əsgərlər xatirə fotosu çəkdirmək istəyiblər və nədənsə ağıllarına bu cür qeyri-adi yol gəlib.Eldəniz Namazlının sözlərinə görə, fotonun orduda "dedovşina" faktı kimi qələmə verilməsi doğru deyil.