'Eşidilməyən səslər'- Məcburi əməyə son

GƏNCLİK
11:00 09.10.2012
1634

0“Caspian Plaza” Biznes Mərkəzində Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən «Eşidilməyən Səslər” Uşaqlara Qarşı Məcburi Əməyə Son» adlı layihəsinin I mərhələsinin icra olunması ilə bağlı prezentasiya və KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Uşaqlar Birliyinin sədri, layihənin koordinatoru Kəmalə Ağazadə bildirib ki, layihənin məqsədi Azərbaycanda insan alverinin qurbanı olmuş və potensial qurbanı olan uşaqlara sosial, hüquqi və mənəvi dəstək olmaqla insan alverinin aradan qaldırılmasına yardım etmək və “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə dəstəkdir.

«Eşidilməyən Səslər” Uşaqlara Qarşı Məcburi Əməyə Son»layihəsinin əsas vəzifələri insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara dəstək məqsədilə hüquqi, sosial, tibbi, və psixoloji yardım xidmətləri göstərməkdir. Eyni zamanda, layihə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən ictimai qurumların və qeyri-hökumət təşkilatlarının (QHT) “İnsan alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə cəlb olunması üçün imkanlar yaradacaqdır.

Bu ilin iyul ayından icrasına başlanan layihə 11 ay müddətində həyata keçiriləcək, Bakı şəhərini və onun ətraf ərazilərini, o cümlədən, Azərbaycanın Gəncə və Yevlax rayonlarını əhatə edəcəkdir.

Layihə çərçivəsində fəaliyyətlər 2 istiqamətdə aparılır: İlk növbədə birbaşa olaraq insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara hədəf regionlarda mobil olaraq hüquqi, sosial, tibbi və psixoloji yardımlar göstərilir və qeyd olunan rayonlarda müvafiq dövlət strukturları ilə əməkdaşlıq edərək layihəyə cəlb olunan sənədsiz uşaqları şəxsiyyət vəsiqəsi və digər müvafiq hüquq sənədlər ilə təmin edilməsi istiqamətində konkret işlər görülür.

Layihənin mütəxəssisləri – autriç işçilər, psixoloq və hüquqşünasla birgə Bakı Binəqədi, Yasamal, Sabunçu rayonlarına və regionlara, o cümlədən Yevlax və Gəncəyə ezam olundular. İlkin mərhələdə adları qeyd edilən ərazilərdəki icmalarda müxtəlif görüşlər keçirilmiş və müəyyən edilmişdir ki, son 3 ayda 22 nəfər qeyri-rəsmi nikahdan doğulan uşaqlardır, onların 9 nəfəri ev şəraitində doğulub. Gürcüstan vətəndaşlarının Bakıda doğulan övladlarına şəhadətnamə verilmədiyindən uşaqlar tibbi, sosial və təhsil xidmətlərindən kənarda qalmışlar. Bu qrupda erkən nikah faktı ilə də rastlaşdıq. 15 yaşında ailə qurmuş qızın doğum haqqında sənədinin olmaması və eyni zamanda dünyaya gətirdiyi övladının da sənədsiz olduğu aşkarlandı. Digər qruplar arasında rast gəlinən sənədsiz uşaqlar isə əsasən qeyri-rəsmi nikahdan doğulmuş uşaqlardır. Belə ki, bu uşaqlar əsasən küçə ticarəti ilə məşğul olur, maşın yuyur, təkər qaraldır, əmək fəaliyyətinə ailəsi tərəfindən məcbur edilir.

Layihənin digər istiqaməti ictimaiyyəti mövcud problemə istiqamətləndirmək üçün layihədən faydalanan uşaq və yeniyetmələrin sosial çarxların hazırlanması, flaşmobların təşkili, “Çərpələng uçuranlar” və “Küçə rəssamları” kimi sosial reinteqrasiya fəaliyyətlərinə cəlb olunmalarını təmin etmək nəzərdə tutulub. Layihənin əsas nəticələrini təqdim etmək və uşaq alverinə qarşı mübarizəyə kömək edəcək alternativ qayğı modelinin qəbulu ilə bağlı müzakirə aparmaq üçün müvafiq dövlət strukturları və parlament nümayəndələrinin iştirakı ilə Bakıda “Eşidilməyən səslər” adlı milli görüşünün keçirilməsini də nəzərdə tutulub. İctimai vəkillik səylərinin gücləndirilməsi məqsədi ilə AUB Azərbaycanda insan alveri problemi və mübarizə yollarını müzakirə etmək üçün gələcəkdə də, yerli və beynəlxalq QHT-lər, hökumət orqanları və özəl sektorla görüşlər təşkil edəcəkdir. Cəmiyyətdə insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan kimsəsiz uşaqların effektiv sosial reabilitasiyası və dəstək mexanizmlərinin gücləndirilməsi üçün hazırlanmış təkliflər və uğur qazanmış təcrübələr “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı” çərçivəsində icra olunması üçün tövsiyyə olunacaqdır.

Layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi və yaxın əməkdaşlığı ilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"