Firuzə Əsgərova ərinin geri qaytarılmasını tələb edib.
Xəbər verdiyimiz kimi, bu gün girov götürülmüş qohumları və ailə üzvləri bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin qarşısına toplaşıblar.
Aksiya zamanı girovun azad olunması tələb edilib.
AZXEBER.COM-un hadisə yerində olan müxbirinin sözlərinə görə, aksiya zamanı girovun azad olunması tələb edilib. Aksiya zamanı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova ərinin azad olunmasını tələb etdiyini söyləyib. O əri geri qaytarılmayana qədər heç yerə getməyəcəyini, lazım olsa Beynəlxalq Qırmızı Xaç Komitəsinin binası qarşısında gecələyəcəyini bildirib.
Qeyd edək ki, aksiya iştirakçıları girovların azadlığa buraxılmayacağı təqdirdə evlərinə getməyəcəklərini deyiblər.
Altay





