Əsir düşən kəlbəcərlinin arvadı əri geri qaytarılana qədər evə getməyəcəyini dedi – VİDEO

Əsir düşən kəlbəcərlinin arvadı əri geri qaytarılana qədər evə getməyəcəyini dedi – VİDEO
Bütün Xəbərlər
13:00 23.07.2014
1697

Firuzə Əsgərova ərinin geri qaytarılmasını tələb edib.

Xəbər verdiyimiz kimi, bu gün girov götürülmüş qohumları və ailə üzvləri bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin qarşısına toplaşıblar.

Aksiya zamanı girovun azad olunması tələb edilib.

AZXEBER.COM-un hadisə yerində olan müxbirinin sözlərinə görə, aksiya zamanı girovun azad olunması tələb edilib. Aksiya zamanı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova ərinin azad olunmasını tələb etdiyini söyləyib. O əri geri qaytarılmayana qədər heç yerə getməyəcəyini, lazım olsa  Beynəlxalq Qırmızı Xaç Komitəsinin binası qarşısında gecələyəcəyini bildirib. 

Qeyd edək ki, aksiya iştirakçıları girovların azadlığa buraxılmayacağı təqdirdə evlərinə getməyəcəklərini deyiblər.

Altay

OXŞAR XƏBƏRLƏR