Əsir götürülən azərbaycanlılar Kəlbəcərdə kabab çəkir - VİDEO

Əsir götürülən azərbaycanlılar Kəlbəcərdə kabab çəkir - VİDEO
Bütün Xəbərlər
00:08 15.07.2014
2691

Erməni saytları azərbaycanlı əsirlərin Kəlbəcərdə telefona çəkdikləri görüntüləri yayıblar.Görüntülərdə azərbaycanca danışan şəxs Kəlbəcərdə olduğunu deyir.

Erməni mətbuatı bir neçə gün əvvəl girov götürdüyünü bəyan etdiyi azərbaycanlı əsirlərdən götürülmüş telefona çəkilən videogörüntüləri internetdə yerləşdirib.

Videogörüntülərdə azərbaycanca danışan şəxslər Qarabağda, Kəlbəcərdə, Qırxsuda olduqlarını deyir, ermənilərdən oğurladıqları dananı kəsib kabab çəkdiklərini söyləyirlər.

Xatırladaq ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycanın Müdafiə Nazirliyi həmin şəxslərin Azərbaycan ordusunun hərbçiləri olmadığını bəyan edib. Azərbaycan tərəfi bundan əvvəl ermənilərin əsir götürdükləri Şahbaz Quliyevlə Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.

Oxu.az

OXŞAR XƏBƏRLƏR