Əsl pedaqoq: insan şəxsiyyətinin üzvi hissəsi kimi

Əsl pedaqoq: insan şəxsiyyətinin üzvi hissəsi kimi
SOSİAL
10:10 23.05.2025
1098
Tələbəliyi insan həyatında tək və təkrarsız bir dövr də adlandırmaq olar. Bəzən kitabxanada saatlarla ötən zaman, bəzən də bir müəllimin səmimi təbəssümü, yaxud təhsil müddətində yaddaqalan bir çox məqamlar insan üçün əsl dəyərə çevrilir. Əminəm, illər ötəcək, amma bu dövrdə yaşanan duyğular – təlatümlər, sevinclər, mübarizələr və uğurlar yaddaşımda silinməz iz buraxacaq.

Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kursunda təhsil alıram. Yaz semestrinin sonuna yaxınlaşırıq. Buna baxmayaraq tələbələrin fəaliyyətində imtahanlara hazırlıq mərhələsinə keçid özünü tədricən göstərməkdədir. Auditoriyalarda həyəcanlı bir tələskənlik, tələbələrin simasında isə məsuliyyətin ağırlığı duyulur. Bu günlərdə mən də həm oxuduğum fənləri təhlil edir, həm də geridə qalan tələbəlik yoluna qısa da olsa nəzər salıram, beynimdə icmalını hazırlamağa çalışıram. 

Bu semestr öyrəndiyim fənlərdən biri də "Mətbuat tarixi”dir. Dərsi fakültəmizin seçilən müəllimlərindən biri – Quliyeva Qərənfil Dünyamin qızı tədris edir. Düzünü desəm, Qərənfil Dünyaminqızı haqqında hələ birinci kursdan etibarən müsbət fikirlər eşitmişdim. Onun tələbəyə qarşı xüsusi diqqəti, dərsə yanaşmasındakı məsuliyyəti, elmi biliklərə dərin bağlılığı çoxlarının dilində idi. İçimdə bir arzu yaranmışdı: Kaş, mən də müəllimin dərslərində iştirak edə biləydim... Xoşbəxtəm ki, bu semestr həmin arzum gerçəkləşdi.

İlk dərsimiz hələ də yadımdadır. Qərənfil müəllim auditoriyaya daxil olub bizi səmimi şəkildə salamladı və dedi: "Əgər hər hansı bir sözüm sizi narahat etsə, çəkinmədən deyin. Mən sizin müəlliminizəm, siz də mənim üçün dəyərlisiniz.” Fikirlər sadə görünsə də, özündə böyük mənalar daşıyırdı. Onun səmimiyyəti və tələbəyə olan dəyəri ilk dəqiqələrdən hiss olunurdu. Həmin andaca qərar verdim – bu dərsə ciddi yanaşacağam.

Seminar mövzusunu elan edən kimi axtarışa başladım. Tövsiyə etdiyi ədəbiyyatı kitabxanadan əldə edib diqqətlə oxudum. Nəhayət, seminar günü yetişdi. Çox ciddi hazırlaşmağıma baxmayaraq, ürəyimdə bir həyəcan vardı. Dərs danışmaq növbəsi mənə çatanda tribunaya böyük həvəslə qalxdım. Mövzum "Əkinçi” qəzeti və Həsən bəy Zərdabinin publisistikası idi. Bu mövzu mənim üçün həm böyük bir şərəf, həm də ciddi məsuliyyət demək idi. Bacardığım qədər mövzunu əhatəli şəkildə izah etdim. Cavabım bitdikdən sonra Qərənfil müəllim tərəddüdsüz mənə 10 bal verdi. Bu, mənim üçün sadəcə bir qiymət deyildi – özümə inamın və məsuliyyətli yanaşmanın başlanğıcıydı. Növbəti seminarların hər birində eyni həvəs və ciddi münasibətlə iştirak etdim. Nəticədə müəllim məni birinci kollekviumdan azad etdi.

Qərənfil Dünyaminqızının dərsə yanaşması, tələbəyə münasibəti insanda təkcə öyrənmək yox, həm də onu sevindirmək istəyi yaradır. Artıq bu dərsi bir qiymət üçün yox, sevdiyim müəllim üçün və fənni dərindən mənimsəmək üçün oxuyurdum.

Bir gün müəllim özünün müəllifi olduğu "Tarix heç nəyi unutmur” kitabını mənə oxumaq üçün verdi. Kitabı böyük maraqla mütaliə etdim. Təkcə jurnalistikanın tarixini deyil, müəllimimin həyat fəlsəfəsini, elmi dünyagörüşünü və vətənə bağlılığını da kitabda hiss etdim. Bir neçə gün sonra müəllim həmin kitabı imzalayaraq mənə hədiyyə etdi. Bu, mənim üçün sadəcə bir kitab deyil, müəllim qayğısının, etimadının rəmzi idi.

Müəllimlər çoxdur, amma hər müəllim tələbəsinin qəlbində iz buraxmaz. Qərənfil müəllim isə mənim üçün həm fənn müəllimi, həm də həyatda örnək ola biləcək bir şəxsiyyətdir. Mustafa Kamal Atatürkün "Müəllim şama bənzər, özü əridikcə başqalarına işıq verər” fikri məhz Qərənfil Dünyaminqızının timsalında vicdanlı pedaqoqlarımız üçün deyilib. O, həm insani keyfiyyətləri, həm də pedaqoji təcrübəsi ilə Jurnalistika fakültəsinin ən nüfuzlu müəllimlərindəndir. Onun dərslərində yalnız jurnalistikanın tarixini deyil, müəllim adının nə qədər uca və müqəddəs olduğunu da öyrənmək mümkündür. Çünki Qərənfil Quliyeva müəllim adını şərəflə daşıyan pedaqoqlardandır.

Hörmətli Qərənfil müəllim!
Sizin tələbəniz olmaq mənim üçün böyük bir şərəfdir. Sizə can sağlığı, uzun ömür və elmi fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Əminəm ki, dünəndə və bu gündə olduğu kimi, gələcəkdə də sizin yetişdirdiyiniz tələbələr müasir və müstəqil Azərbaycan jurnalistikasının inkişafında mühüm rol oynayacaqlar... 

Ayxan İbişov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
15:50 18.08.2026
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
15:44 18.08.2026
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
15:38 18.08.2026
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
15:36 18.08.2026
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
15:21 18.08.2026
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
15:14 18.08.2026
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
Qaradağda oğurluq edən şəxs saxlanıldı
15:07 18.08.2026
Qaradağda oğurluq edən şəxs saxlanıldı
“Azərbaycanda qız övladına yalnız ailə quracaq biri kimi baxırlar”
15:06 18.08.2026
“Azərbaycanda qız övladına yalnız ailə quracaq biri kimi baxırlar”
Endirim görəndə niyə ehtiyacımız olmayan məhsulu alırıq?
15:01 18.08.2026
Endirim görəndə niyə ehtiyacımız olmayan məhsulu alırıq?