“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu

“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu
MƏDƏNİYYƏT
20:13 27.11.2025
476
Opera studiyasında Azərbaycan musiqi mədəniyyətinin nadir incilərindən olan "Əsli və Kərəm” operası tamaşaçılara təqdim edilib.

AZXEBER.COM xəbər verir ki, tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının truppası tərəfindən həyata keçirilib.

Tamaşaçılar arasında musiqisevərlər, mədəniyyət və media nümayəndələri olub. Səhnədə klassik musiqi ilə dramatik ifa bir araya gələrək tamaşaçılara unudulmaz anlar yaşadıb. Opera truppasının ifaçıları həm vokal, həm də səhnə performansları ilə yüksək peşəkarlıq nümayiş etdiriblər.

Budəfəki səhnələşdirmədə Əsli rolunu Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova, Kərəm rolunu isə Əməkdar artist Elnur Zeynalov ifa edib. Digər rollarda Taleh Yahyayev (Keşiş), Əməkdar artist İlkin Əhmədov (Şah), Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx), Pərviz Verdiyev (Paşa) və Əməkdar artist Elxan Mansurov (Solo tarda) çıxış ediblər. Solistləri tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xoreoqrafı isə Xalq artisti Mədinə Əliyevadır.

Səhnə əsəri haqda məlumat verən Hafiz Quliyev bildirib ki, uzun müddət idi ki, bu günü həyəcanla gözləyiblər:

"”Əsli və Kərəm” operası Üzeyir Hacıbəylinin "Leyli və Məcnun”dan sonra yazdığı operalardandır və bu günə qədər yaşayır. Ayrı-ayrı illərdə müxtəlif quruluşlarla təqdim olunub. Biz bu əsəri yenidən səhnələşdirdik. Bu gün teatra gənclər gəlir və onlar Əslini, Kərəmi canlandırırlar. Əsərin sujeti olduqca maraqlıdır və Üzeyir Hacıbəyli bu sujetə çox gözəl bir musiqi yazıb. Bugünkü tamaşada iki gənc sənətkar əsas obrazları canlandıracaq. Bu əsər daim teatrın repertuarında olacaq və teatr səhnələrində uzun illər yaşamağa davam edəcək”.

Əməkdar artist Elnur Zeynalov bildirib ki, daha öncə də Kərəm obrazını canlandırıb:

"Mən daha öncə də Kərəm obrazını ifa etmişəm. 25 illik fasilədən sonra ilk dəfə 2014-cü ildə məhz opera səhnəsində tamaşaçı qarşısına çıxmışdım. Çox sevinirəm ki, bu qədər möhtəşəm bir əsərdə rol almışam”.

Gənc solist Gülzar Ramizli bildirib ki, "Əsli və Kərəm” operasında Əsli obrazını səhnələşdirmək onun üçün böyük sevinc və şərəfdir:

"Çox sevincliyəm. ‘Əsli və Kərəm’i bu səhnədə canlandırmaq mənim üçün çox xoşdur, çox şərəflidir, eyni zamanda da həyəcanlıdır. Özümü çox xoşbəxt ifaçılardan hesab edirəm, çünki artıq Üzeyr Hacıbəylinin bir neçə əsərinin baş rolunda ifa etmişəm. Əsli obrazında isə ilk dəfə çıxış edəcəm. Bu çox qürurvericidir”.

Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Üzeyir Hacıbəylidir. Tamaşada fədakar məhəbbətin gücü, insanın mənəvi gözəlliyi tərənnüm olunur. Hazırda teatrın repertuarında nümayiş olunan opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  2011-ci ildə  Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən səhnələşdirilib.

Tamaşaçılar sonda ifaçılara alqışlarla təşəkkür ediblər.

Xatırladaq ki, bu günədək Əsli rolunu Zeynəb Xanlarova, Gülxar Həsənova, Qəndab Quliyeva, Rəsmiyyə Sadıqova, Səkimə İsmayılova, Vüsalə Musayeva, Rəvanə Əmiraslanlı, Arzu Əliyeva, Sədəf Budaqova, Kərəmrolunu isə Arif Babayev, Qulu Əsgərov, Canəli Əkbərov, Baba Mahmudoğlu,  İlkin Əhmədov, Elnur Zeynalov, Səbuhi İbayev, Məhəbbət Səfərov və digər sevilən ifaçılarımız canlandırıb.

Qeyd edək ki, "Əsli və Kərəm” operasının ilk rejissoru Hüseyn Ərəblinski, drijoru isə  Üzeyir Hacıbəyli özü olub. İlk Əsli Əhməd Ağdamski, Kərəm isə Hüseynqulu Sarabski idi.

1912-ci il mayın 18-dəki ilk təqdimatından 113 il keçsə də, "Əsli və Kərəm” bu gün də böyük tamaşaçı rəğbəti ilə qarşılanır və uzun, maraqlı səhnə ömrü olan əsərlər sırasındadır. Üzeyir Hacıbəyli operanın mövzusunu Azərbaycan xalq dastanlarından və aşıq musiqisindən ilhamlanaraq yaradıb.

Əlavə olaraq bildirək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi "Əsli və Kərəm” operasını Üzeyir Hacıbəyli festivalı çərçivəsində Ağcabədidə, Şəki İpək yolu festivalında - Şəkidə, "Opera günləri” layihəsi çərçivəsində  İçərişəhər dövlət tarix-memarlıq qoruğunda açıq havada nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı