Estoniyada Azərbaycan Gəncləri Günü qeyd edildi

GƏNCLİK
15:50 03.02.2013
1683
Estoniyanın paytaxtı Tallinndə 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd edilib.AZXEBER.COM-un məlumatına görə, tədbirdə Azərbaycan səfirliyinin, Estoniyanın Azərbaycan icmasının nümayəndələri, mədəniyyət xadimləri, bu ölkənin ali məktəblərində təhsil alan tələbələrimiz iştirak ediblər.Tədbirdə qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə təsis edilmiş Azərbaycan Gəncləri Günü fevralın 2-də qeyd edilir. Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, Vətənlərini beynəlxalq aləmdə layiqincə təmsil edirlər.

OXŞAR XƏBƏRLƏR