Avropa Birliyi Ukraynanı və onun hərbi gücünü o qədər artırmalıdır ki, Rusiyanın neft emalı zavodlarının yalnız xarabalıqları qalsın.
Bu təklifi Estoniyanın Baş naziri Kristen Mixal özünün "Facebook" hesabındakı paylaşımında qeyd edib.
K.Mixal ABŞ prezidenti Donald Trampın Rusiya dizel yanacağına tətbiq edilən sanksiyaların yumşaldılması qərarını tənqid edib.
Estoniya Baş nazirinin sözlərinə görə, Ağ Ev rəhbəri həqiqətən ciddi bir səhvə yol verib:
"Belə bir razılaşma Qərb ölkələrinin Kremlin enerji ixracından əldə etdiyi gəlirləri azaltmağa yönəlmiş səylərini puça çıxarır. Halbuki, əvvəllər müttəfiqlərini Rusiya yanacağından imtina etməyə çağıran ABŞ olub. Bu, böyük bir səhvdir, çünki diktatorlarla razılaşmalar fəlakətə gətirib çıxarır. Qaz və yanacaq satışından əldə edilən pullar günahsız insanların öldürülməsinə sərf olunur. Üstəlik, gözlənilən yanacağın ümumiyyətlə mövcud olmayacağı çox ehtimal olunur".
Baş nazir Avropa Birliyinə Avropa Şurasının bu həftə keçiriləcək iclasında Ukraynaya hərbi dəstəyin sürətlə artırılmasını müzakirə etməsini təklif edir: "Ukraynaya yardımı tez bir zamanda artırıb Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirə biləcəyini düşünməliyik".
///teleqraf///











































