""Ətağanın cəddi"nə and içənlər..."- Deputat

""Ətağanın cəddi"nə and içənlər..."- Deputat
SOSİAL
16:14 10.07.2017
1306
 
"Mən cəmiyyətimizin problemlərinin əhəmiyətli hissəsinin birbaşa insanların ikili (dualist) inanc sisteminə sahib olmasında görürəm. Əslində bu, ədalət, halallıq, doğruluq, faydalılıq kimi keyfiyyət əmsalımızın sabit dəyərlərə çevrilməməsinə rəvac verən amildir”.
 
Lent.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa deyib.
 
Deputat qeyd edib ki, həmişə adamların nəyə and içdiklərinə diqqət yetirir: "Bir yerdə "Allah haqqı" deyir. Dalınca "Quran haqqı", "İmam haqqı", "Anamın qəbri", "Qardaşımın qərib ruhu", "Ətağanın cəddi", "O pir haqqı" və s. and kəlimələri gəlir. İnandırmaq üçün bir çox hallarda "Gətir əlimi Qurana basım", "Bu çörək haqqı", "Bu duz haqqı" deyirlər. Bunlar əslində sıradan və vərdişlə xatırlanan andlar deyillər. Əsrlər boyunca xalqın şüuraltında yer alan dualizm elementlərinin dillə ifadə olunan təzahürləridir. Əslində bir çoxlarımızın şüuraltında Allahla, yəni Yaradanla bərabər statusda, Quran var, imam var, kiminsə cəddi var, hansısa pirin qorxusu var. Əsrlərdir bu cəmiyyətin əhəmiyyətli hissəsi Yaradana inancı Quran, imam, pir, seyid, çörək, duz obrazlarında maddiləşdirə bilib, bir çox hallarda gözlə gördüyünə olan inam və qorxu Allaha inamı və qorxunu üstələyə bilib. Çətinə düşəndə isə işlətdiyimiz kəlimələr var: "Allah görür" və ya "Balıq da bilməsə, Xaliq bilər". Demək ki, yalnız "Allah görür" məntiqi ilə həyata baxanda doğruluq, halallıq, faydalılıq, xeyirxahlıq kimi keyfiyyətlər sənin üçün sabit bir dəyərlər toplusuna çevrilir. Çünki anlayırsan ki, hətta özünlə yalnız qaldığında belə, əgər Allah görürsə, başqa cür davranmaq şansın yoxdur. Ancaq maddi obrazda gördüyün Quran kitabından, pirdən, seyiddən, imamın şəklindən, yaxınlarının qəbrindən kənarda özün gördüyünlə kifayətlənirsən və özünü yanlış əməllərinlə aldatdığının fərqində olmursan”
 
Fazil Mustafa bildirib ki,  sabit əxlaq dəyərlərinə sahib insan üçün "Allah haqqı"ndan başqa alternativ andlar düşünmək, inanc kodunu zədələməyə, ikili, tərəddüdlü duyğuların yaranmasına yol açır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
02:48 24.08.2026
İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
01:15 24.08.2026
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır