Məsələ ilə bağlı AZXEBER.COM portalı millət vəkili Eibar Hüseynovun fikirlərini öyrənib.
"Bilirsiniz, bu adamların işi budur. Müxalifət mitinqdə eləməsin, yalandan təşkil edib sonra isə mitinqə gəlməsin, bəs neynəsin? Gündə bir yer təyin edirlər, yalandan camaatı yığırlar ora. Bu da olmasa, gərək bunlar olmayalar. Yenə deyirlər ki, bizə mitinqə icazə vermirlər. Aylarla, illərlə olubdur ki, şəhərin mərkəzi yerlərində bunlara icazə verilib, təhlükəsizlik tədbirləri də görülüb. Neyniyiblər axı, nəyə nail olublar? Müxalifət indi də bu yayın istisində camaatı 35 dərəcə istiyə salır. Yəni, bunların hamısı xarici hesabatlara düşmək üçün, oradan aldıqları maddiyyatı artırmaq üçündür. Ona görə bu cür mitinqlərə əhəmiyyət vermək lazım deyil" deyə millət vəkili bildirib.
Əfsələddin Ağalarov