Etika
Akademiyası 15 fevral 2018 - ci il tarixindəAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "2015-2025”-ci illərdə Azərbaycan gənclərinin
inkişaf strategiyası " sərəncamında "müasir təbliğat və maarifləndirmə
metodlarından istifadə etməklə gəncləri müxtəlif dini təriqətlərin ekstremist və
ayrı – seçkilik çağırışlarından qorumaq " 5.2.31 maddəsini əsas tutaraq seminar təşkil edilib.
AZXEBER.COM xəbər veri ki, "Din media münasibətləri müasir internet resursları konteksində” adlı seminarı aparmaq üçün millət vəkili, Yeni Azerbaycan qazetinin rəhbəri , siyasi elmlər doktoru , professor
,əməkdar jurnalist Hikmət Babaoğlu dəvət edilib.
Seminarda dinin ideoloji bir vasitə kimi dəyərlərin təbliğatında rolu və manipulyasiyanın sərhədi harda başlayır məqamlarına açıqlıq gətirildi.
Hikmət Bababoğlu qeyd etdi
ki, Azərbaycanda din mədəniyyətinin milli mənəvi mədəniyyətin
daxilindən gəlir , milli dəyərlər üzərində qurulub və ölkəmizin rifahına xidmət
etməlidir . Etika məşqçiləri mədəniyyəti , qlobal standartları
minlərlə məktəblilələrə, valideynə və gənc iş adamlarına aşılamaqdadır. Hər
biri internet resurslarıını ən vacib iş aləti qismində istifadə edir. Hörmətli ziyalımız Hikmət Babaoğlu İnternet
resurslarında dəyərlərin bəzi qüvvələr tərəfindən manipulyasiya halına gətirilməsi
və istifadə edilməsi haqqında danışdı. Belə hallaraetika məşgçilərinin daha diqqətli olmağa , doğru münasibət bildirməyə
çağırdı.
Bu gün milli kadrların ölkəmizə , dövlətimizi töhfəli xidməti üçün milli dəyərlərə sahib çıxmaqla dünya bazarına integrasiyası vacibdir.Bunun üçün Etika Akademiyası inkişaf proqramlarını aşılayır.
Bakı Şəhər Təhsil İdarəsi ilə bağlanan birgəfəaliyyət müqaviləsi əsasında onlarla məktəb Etiket dərnəyinə, müəllimlər natiqlik və davranış qaydalarında yüksək standartların öyrənilməsinə cəlb edilir.
Özəl biznes sektorunda çalışaniş adamları, gənc menecerlər, turizmdə xidmət verən insanlarımız dəyərlərin təbliğatında dünya bazarında böyük rol oynayır. Azərbaycan haqqında təəsüratın yaradılması en kiçik elementlərdə belə təbliğ olunmalıdır. Hikmət Babaoğlu kimi ziyalı ilə seminar xarakterli görüş töhfəli, informativ və uğurla tamamlandı.
Millət vəkili ilə
növbəti mövzu "Azəbaycanın mənəvi lideri ulu öndər Heydər Aliyevin siyasi etiketdə nümunələri,
töhfələri, tezisləri” olacaq.
Etika Akademiyasının heyətinin inkişafında ustad dərslərinin silsilələri davam edir.